Məzmuna keç

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlandı

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb.

Dövlət Sosial Müdafiə Fondundan e-huquq.az-a verilən məlumata görə, pensiyaların aprel ayının 8-i tarixinə ödənilməsi nəzərdə tutulur.

Bu məsələdə güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnalıq təşkil edirlər.