22.10.2026
Azərbaycanda daha 35 nəfər koronavirusdan vəfat etdi
Sosial

Azərbaycanda daha 35 nəfər koronavirusdan vəfat etdi

Apr 9, 2021

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 206 yeni yoluxma faktı qeydə alınıb, 1 578 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 281 387 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 247 459 nəfər müalicə olunaraq sağalıb, 3 846 nəfər vəfat edib, aktiv xəstə sayı 30 082 nəfərdir.

Son sutka ərzində 12 692, hazırkı dövrədək isə 2 990 285 test aparılıb.