Məzmuna keç

Saatlıda 1 200 abunəçinin qaz təchizatı yaxşılaşdırılır

“Azəriqaz” İstehsalat Birliyi Saatlı şəhəri, Mirzə Fətəli Axundov küçəsi istiqamətində torpaqla təmasda olan daşıyıcı orta təzyiqli mövcud qaz xəttinin 4 min metrlik hissəsini yenidən qurur.

Bu barədə e-huquq.az-a qurumdan bildirilib.

Məlumata görə, yeni xətt hazır olduqdan sonra 1 200 abunəçi rahatlıqla təbii qazdan istifadə edə biləcək.