“Azəriqaz” bölgələrdə abunəçilər üçün müraciət qutuları quraşdırır


  • 26 İyul 2021 13:27

“Azəriqaz” İstehsalat Birliyinin bütün regional qaz istismarı idarələrinin, xidmət sahələrinin qarşısında yeni müraciət qutularının quraşdırılmasına başlanılıb.

Bu barədə e-huquq.az-a “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, sosial şəbəkələrdən istifadə etməyən, ümumiyyətlə internet bağlantısı olmayan abonentləri nəzərə alan qurumun rəhbərliyi onların müraciətlərini cavablandırmaq üçün yeni üsul tətbiq edib.

Qutuların üzərində belə qeyd edilir: “Bura etdiyiniz müraciəti ilk oxuyan “Azəriqaz” rəhbərliyinin özü olacaq”.

Yəni bu məktublar yerlərdə açılaraq baxılmayacaq, birbaşa operativ olaraq İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə çatdırılacaq. Bundan sonra isə həmin vətəndaşın probleminin həlli ilə bağlı rəhbərlik müvafiq göstərişlər verəcək.

“Azəriqaz”ın baş direktoru və müavinləri hər ay Prezident Administrasiyasının tərtib etdiyi qrafik əsasında vətəndaş qəbullarını həyata keçirir. Bundan başqa, baş direktor sosial şəbəkə üzərindən də mütəmadi olaraq birbaşa yayımlar təşkil edir və vətəndaş

Oxşar xəbərlər

  • 22 Aprel 12:28
Sabahın hava proqnozu