Məzmuna keç

“Sərhədlər bağlanandan ölkəyə daxil olan əcnəbilərin viza müddəti bitdikdən sonra da leqal yaşaya bilirlər” –

“Dövlət Miqrasiya Xidmətinin əsas prioritet məsələsi COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan qaydaların ölkədəki əcnəbilərin həyatına minimum təsir etməsini təmin etməkdir”.

E-huquq.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 6 aylıq fəaliyyəti ilə bağlı keçirilən onlayn mətbuat konfransında bildirib.

O bildirib ki, 24 mart 2020-ci ildən indiyədək ölkəyə daxil olan hər əcnəbinin viza müddəti və ya ölkədə olma müddəti bitdikdən sonra leqal yaşaya bilirlər: “1 sentyabradək bu müddət davam edir. Həmin müddətdən sonra sərhədlərin bağlı qalması barədə qərar verilsə, həmin şəxslər eyni qaydada yaşaya bilər. Amma sərhədlərin açılması barədə qərar olarsa, DMX tərəfindən müvafiq məlumatlar veriləcək ki, leqallaşma üçün hansı müddət var, yəni ya giriş-çıxış etməli, ya da ölkədə leqal qalmaları üçün addım atmalıdılar”.