Məzmuna keç

Bu il övladlığa uşaq götürmək üçün daxil olan müraciətlərin sayı açıqlandı

"Bu ilin ilk 6 ayı ərzində övladlığagötürmə ilə bağlı 182 müraciət olub ki, bunun da 58-i müəssisədən övladlığagötürmə ilə bağlıdır".

E-huquq.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov keçirdiyi mətbuat konfransında deyib.

Agentlik sədri bildirib ki, həmin müddətdə 28-i qız, 26-sı oğlan olmaqla ümumilikdə 54 uşaq övladlığa verilib: “31 uşaq isə müəssisəmizdən ailələrinə qaytarılıb”.