Məzmuna keç

Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı

“Neftin qiymətində baş verən həftəlik tərəddüdlər Azərbaycanda manatın məzənnəsinə təsir göstərmir və təsir də göstərə bilməz”.

E-huquq.az xəbər verir ki, bu barədə MB sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, ölkənin dayanıqlı makroiqtisadi çərçivəsi var: “Toplanmış valyuta ehtiyatları imkan verir ki, tərəddüdlərin qarşısını ala bilək. İlin sonuna kimi bu proses davam edəcək”.