Nazirlikdən valideynlərə ÇAĞIRIŞ: “Təşvişə düşməyin”


  • 13 Oktyabr 2021 15:18

Son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı səs yazıları yayılır.

E-huquq.az-ın xəbərinə görə, “WhatsApp”da yayılan səs yazısında iddia edilib ki, Bakı və Sumqayıt şəhərləri ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd edilib.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, valideynlərin təşvişə düşməsinə əsas yoxdur:

“Sosial şəbəkədə yayılan səs yazıları ilə bağlı araşdırma aparılır. İlkin qənaət ondan ibarətdir ki, bu, tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır”.

“DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb”, - deyə E.Hacıyev əlavə edib.

Oxşar xəbərlər

  • 22 Aprel 12:28
Sabahın hava proqnozu