COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı


  • 28 Oktyabr 17:45

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 294 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 859, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 435 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 518 912, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 154 936, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 363 976 təşkil edir.

Oxşar xəbərlər