Məzmuna keç

Azərbaycanda Hərracların Təşkili Mərkəzinin yaradılmasına başlanılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında Hərracların Təşkili Mərkəzinin yaradılmasına başlanılıb.

E-huquq.az xəbər verir ki, bu iş Prezident İlham Əliyevin bu il iyunun 26-da imzaladığı fərmana uyğun olaraq həyata keçirilir.

Struktur dəyişikliyi ilə əlaqədar sabah keçirilməsi nəzərdə tutulan nəqliyyat vasitələri üzrə hərracın tarixi noyabrın 16-na, 4, 11 və 18 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulan torpaq müsabiqələri və hərraclarının tarixi isə noyabrın 25-nə dəyişdirilib.