Məzmuna keç

“Azəriqaz” Qubadakı sahibkarların problemlərini dinləyəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Quba rayonunda təşkil olunacaq.

Bu barədə e-huquq.az-a qurumdan məlumat verilib.

Məlumatda deyilir ki, "Azəriqaz"ın rəhbər şəxsləri rayonun Timiryazev qəsəbəsində (Müalice Diaqnistika Mərkəzinin qarşısı, Gənclər parkı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” noyabrın 11-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.