BNA: Avtobusların hərəkət intervalında ləngimə var
“Hazırda paytaxt yollarında, xüsusən də əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir”.
Bakı Nəqliyyat Agentliyindən e-huquq.az-a verilən xəbərə görə, bu səbəbdən də bir sıra istiqamətlər üzrə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında ləngimə var: “Heydər Əliyev prospekti şəhər istiqamətində bir neçə yerdə fasilələrlə hərəkətə tətbiq edilən məhdudiyyət səbəbindən tıxac müşahidə edilməkdədir. Hazırda 1, 38, 13, M3, M8 marşrutlarından 16 ədəd avtobus tıxac qalıb və hərəkət qrafikindən gecikir. Ziya Bünyadov prospektində – 20 yanvar istiqamətdə 11, 24, 7A, 7B N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda da gecikmələr müşahidə olunur.
Bakı-Sumqayıt şosesi – mərkəz istiqamətdə də tıxac var. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur”.

