21.10.2026
Bəzi rayonlarda güclü külək fəsadlar törədib
Sosial

Bəzi rayonlarda güclü külək fəsadlar törədib

Mar 19, 2022

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova e-huquq.az-a bildirib ki, bu saata olan məlumata görə, respublikanın bəzi rayonlarında güclü külək müşahidə olunub, bir sıra rayonlarda fəsadlar törədib.

Belə ki, Gəncədə martın 19-da bir neçə ağacın budaqları qırılıb, ayrı-ayrı tikililərin dam örtüyü zədələnib.