Səhiyyə işçilərinin gəlirləri əmək bazarının tələblərinə uyğun tənzimlənəcək
Azərbaycanda səhiyyə sistemində çalışan işçilərin gəlirləri əmək bazarının tələblərinə uyğun tənzimlənəcək.
E-huquq.az xəbər verir ki, bunu İTSDA-nın İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
O bildirib ki, əhalinin icbari tibbi sığorta çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunu ehtiva edən xidmətlər zərfinin hazırlanması, habelə tibbi xidmətlərin tariflərinin müəyyənləşdirilməsi üzərində işlər aparılır: "Həmçinin qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir. Hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir və layihələr ən qısa zamanda aidiyyəti üzrə təqdim olunacaq".

