- 22 Sentyabr 17:39
“Azəriqaz” İstehsalat Birliyinin tərəfindən göstərilən xidmətlər ilə bağlı sorğu keçirən “QBS Consulting” MMC bu dəfə Birliyin qəza xidməti əməkdaşlarının fəaliyyəti barədə abonentlərin fikrini öyrənib.
E-huquq.az xəbər verir ki, sorğuda qaz təchizatı ilə bağlı “Azəriqaz” İB-nin 104/185 Çağrı mərkəzlərinə müraciət əsasında işin icrası üçün qəza xidmətinin əməkdaşlarının abonentin ünvanına gedib-getməməsi, eyni zamanda abonentin ünvanına gedən əməkdaşların operativliyi, bilik və bacarıqları, davranışları, eləcə də müraciət olunan problemin həlli istiqamətində fəaliyyəti qiymətləndirilib. Sorğunun nəticələri barədə diaqramlarda ətraflı məlumat göstərilib.