"Qış aylarına hazırlıqla bağlı işlər yekunlaşmaq üzrədir".
E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov "Açıq qapı" aksiyasında deyib.
Onun sözlərinə görə, Bakıda qaz təchizatı ilə bağlı hər hansı problem yoxdur.
"Havalar soyumağa başlayanda abonentlərdən daxil olan şikayətlərin sayında artım müşahidə olundu. Qazın təzyiqi ilə bağlı 1 həftə ərzində 1744 şikayət daxil olmuşdu ki, onların həlli üçün müvafiq işlər görüldü və problemlər aradan qaldırıldı. Artıq şikayətlərin sayında ciddi azalma var. Gündəlik 100-150 arası müraciət daxil olur", – R.Əhmədov qeyd edib.
