Məzmuna keç

Gələn il ailə başçısını itirməyə görə pensiya 374 manat olacaq

Gələn il ailə başçısını itirməyə görə pensiyanın məbləğinin 374 manat olacağı proqnozlaşdırılır.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bu gün keçirilən iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən bildirib.

Onun sözlərinə görə, növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək.