Naxçıvanın deputatlarının toxunulmazlığına xitam verilir?


  • 29 Noyabr 2022 20:54

“Baş verənlər 80-ci illərin ən populyar serialı – “Sprut”u xatırladır. “Gömrük işi” üzrə Naxçıvan gömrüyünün vəzifəliləri, daha sonra isə maliyyə naziri də həbs edildi! Nəhayət ki, DTX bizim “Siciliya”mızda da hərəkətə keçdi. Bir daha əmin oldum ki, ölkədə ən yaxşı əməliyyatçı və ən yaxşı istintaqçı oradadır. Nahaq yerə hüquqşunaslar yoldaşın adını “Komissar Kattani” qoymayıblar ki. İstintaqdakı manevrə bir bax. İşlərin detalları mənə çox maraqlıdır. Serialın davamını gözləyirik".

E-huquq.az-ın məlumatına görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, Naxçıvan deputatlarının taleyi də çox maraqlıdır: “Konstitusiyasına görə deputatların toxunulmazlığına yalnız Ali Məclisin qərarı ilə xitam verilə bilər".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Naxçıvandakı inhisarçı təsərrüfat subyekti, əslində Naxçıvan rəhbərliyinə məxsus olduğu deyilən Cahan Holdingin prezidenti Vuqar Abbasov da Naxçıvan Muxtar Respublikasının deputatıdır.

Oxşar xəbərlər