Azərbaycanda 21 nəfər koronavirusa yoluxdu


  • 3 Dekabr 2022 19:02

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 21 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 452 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 211 nəfər müalicə olunaraq sağalıb, hazırda 258 aktiv xəstə var. Bu günə qədər 9 983 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 678, bu günə qədər isə ümumilikdə 7 380 526 test icra olunub.

Oxşar xəbərlər

  • 21 Fevral 12:29
Sabahın hava proqnozu