Həftənin sonuncu “Səyyar qəbul otağı” Xızıda baş tutdu - FOTO


  • 9 Dekabr 2022 20:36

Xızı rayonunda keçirilən “Açıq mikrofon” aksiyasında ümumilikdə 11 müraciət ünvanlanıb.

E-huquq.az xəbər verir ki, müraciətlərdən 5-i rayonda salınan yeni yaşayış massivlərinin qazlaşdırılmasını əhatə edib.

Aksiyada səslənən müraciətlərdən biri qapı keçidinin quraşdırılmasından ibarət olub ki, bu da Mülayim Hüseynova tərəfindən ünvanlanıb.

Tədbirdə iştirak edən Altıağac sakinləri Elşad Həsənovla Bəxtiyar Sarıyev küçə qaz xəttinin çəkilməsini xahiş ediblər.

Görüşdə ünvanlanan müraciətlər SOCAR “Azəriqaz” İB-nin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb.

Bəzi problemlərin araşdırılmasına qərar verilib.

Oxşar xəbərlər