"Dövlət qulluğu ilə bağlı müəyyən normativlər qanunvericilikdə də dəyişilməlidir"
E-huquq.az-ın məlumatına görə, bunu bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu dəyişikliklərdən əvvəl dünya təcrübəsi öyrənilməlidir: “Dünyada dövlət qulluğunda işləyən 58 faiz insan öz gələcəyini görə bilmir. İnsanlar gərək öz işlərindən məmnun olsunlar”.
