Nazir: “İxtisaslı işçi qüvvəsinin artırılması əsas hədəflərimizdəndir”
"Bu gün Azərbayxan çoxşaxəli məşğulluq siyasəti həyata keçirir".
E-huquq.az xəbər verir ki, bunu bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gələcəyə hazır ol” karyera inkişaf forumu zamanı çıxışında bildirib.
O qeyd edib ki, məşğulluq xidməti 60 mindən çox ailə üçün kiçik biznesin yaradılmasına dəstək verib.
“Bu 4 il ərzində əmək müqavilələrinin sayında 400 mindən çox artım olub. Görüləcək kifayət qədər işlər hələ də qarşıdadır. Qarşımızda yeni çağırışlar dayanır. Muzdlu işləyən işçilər arasında ixtisaslı işçilər azdır. İxtisaslı işçi qüvvəsinin artırılması əsas hədəflərimizdəndir”,- deyə o əlavə edib.

