Məzmuna keç

Salyanda maşın aşıb, xəsarət alan var

Salyanda yol-nəqliyyat hadisəsi olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan e-huquq.az-a bildirilib ki, yol-nəqliyyat hadisəsi Salyan rayonunun Quyuçu kəndində baş verib.

“Hyundai” markalı minik avtomobili yol kənarına aşıb. Avtomobili idarə edən Salyan Regional mühafizə bölməsində xidmət edən T.Süleymanlı xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.