Məzmuna keç

Bahar Muradova: “Boşanmaların sayının artması narahaetici hal almağa başlayıb”

"2021-ci ildə 56 314 nikah, 17 191 boşanma qeydə alınıb. 2022-ci ildə isə nikahların sayı 61 939, boşanmaların sayı isə 15 983 olub.

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.

Komitə sədri boşanmaların sayının artmasının narahaetici hal almağa başladığını bildirib: "Boşanmaların özlüyündə müxtəlif səbəbləri var. Bu səbəblərin həlli istiqamətində işlərimizi əlaqələndirməliyik".

Şəbnəm Mehdizadə