Ölkə ərazisində yağan yağıntılar axşam saatlarından tədricən kəsilib - FAKTİKİ HAVA


  • 2 İyun 2023 23:21

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan yağıntılar axşam saatlarından tədricən kəsilib.

Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda hava şəraiti sabit, əsasən yağmursuzdur.

Qeyd olunub ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23-25, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 18-20 dərəcə isti olub. Bundan başqa çaylarda əsasən mühüm dəyişiklik qeydə alınmayıb.

Oxşar xəbərlər