Aprelin bütün sosial ödənişləri yekunlaşdı


  • 25 Aprel 22:29

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Bu barədə e-huquq.az-a fonddan bildirilib.

Qeyd edilib ki, bundan əvvəl – aprelin 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 16-da bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin aprel ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Oxşar xəbərlər