Nazir müavini: ”Azərbaycanda yoxsulluq səviyyəsi 5 faiz təşkil edir”
“Azərbaycan yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirir”.
E-huquq.az-ın xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən“Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” panelində çıxışı zamanı deyib.
“İllər öncə Azərbaycanda əhalinin yarısından çoxu yoxsul idi. Hazırda Azərbaycanda yoxsulluq səviyyəsi 5 faiz təşkil edir”, – S. Həsənova bildirib.

