Məzmuna keç

Bakının bütün ərazilərinə suyun verilməsi bərpa olundu –

Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin yekunlaşmasından sonra ərəzilərə suyun qrafikə uyğun verilməsi tam bərpa olunub.

Bu barədə e-huquq.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinə görə paytaxt ərazisinə suyun verilməsində bir neçə gün idi problemlər yaşanırdı.

***

12.55

Günorta saatlarından sonra suyun Bakının digər ərazilərə də çatması mümkün olacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin tam yekunlaşmasından sonra bəzi ərəzilərə suyun qrafikə uyğun verilə bilməməsinin səbəbi magistral xəttin doldurulma prosesinin davam etməsidir.

Məlumatda qeyd edilib ki, texniki qaydalara uyğun olaraq, suyun verilmə rejiminin tədricən bərpası prosesi gedir: “Artıq 80 faiz ərazi içməli su ilə təmin edilib”.