Məzmuna keç

Binəqədinin qaz təchizatında fasilə yaranacaq

Bu gün Bakının Binəqədi rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

E-huquq.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Binəqədi rayonu, S.S.Axundov küçəsindən İ.P.Dadaşov küçəsinə qədər yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə sentyabrın 4-də saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Təmir quraşdırma işləri görülən zaman Binəqədi rayonunun S.S.Axundov, İ.P.Dadaşov, Dərnəgül, Ş.Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.