- 29 Aprel 16:52
Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin miqdarı artırılıb.
E-huquq.az xəbər verir ki, bununla əlaqədar "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bir saat üçün həmin məbləğin miqdarı 6 manatdan 11 manata qaldırılıb.
Şəbnəm Mehdizadə