"Mirzəyev və partnyorları" Vəkil Bürosu təltif olundu - FOTO


  • 18:05

"Mirzəyev və partnyorları" Vəkil Bürosu təltif olunub.

E-huquq.az-ın məlumatına görə, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Respublika Hüquq Olimpiadası"na göstərdiyi dəstəyə görə "Mirzəyev və partnyorları" Vəkil Bürosu "Təşəkkürnamə" ilə təltif olunub.

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev "Təşəkkürnamə"ni təqdim edib.

Qeyd edək ki, "Mirzəyev və partnyorları" Vəkil Bürosu 2020-ci ildə təsis olunub. Büronun müdiri tanınmış vəkil Səyyad Mirzəyevdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər