- 21:28
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən aztəminatlı şəxslərin hüquqi maarifləndirilməsi və müdafiəsi məqsədilə növbəti sosial aksiya həyata keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Belə ki, mayın 3-də ARVK-nın və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Oğuz rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.
Aksiya çərçivəsində “Arbitrium” Vəkil Bürosunun təcrübəli vəkilləri tərəfindən rayon sakinləri hüquqi məsləhətlərlə təmin olunub.
Vətəndaşlar hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif mövzularda fərdi şəkildə qəbul edilib, onlara aidiyyəti hüquqi istiqamətlər üzrə ətraflı izahatlar verilib.
Pulsuz hüquqi yardım aksiyasından yararlanan şəxslər göstərilən diqqətə görə ARVK və Oğuz Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.