- 21:28
Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev təltif olunub.
E-huquq.az-ın məlumatına görə, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Respublika Hüquq Olimpiadası"na göstərdiyi dəstəyə görə Şaiq Mirzəyev "Təşəkkürnamə" ilə təltif olunub.
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev "Təşəkkürnamə"ni təqdim edib.
Qeyd edək ki, Ş.Mirzəyev 2 avqust 1976–ci ildə Ağsu rayonunda anadan olub. 1998-ci ildə BDU-nun Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2000-ci ildə həmin universitetin Mülki hüquq üzrə magistratura pilləsini bitirib. 2007-ci ildə isə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
2019-cu ildən Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvüdür.
"Mirzayev and Partners Law Firm" hüquq şirkətinin təsisçisi və baş direktorudur.
2019-cu ildə "E-huquq.az" ictimai-siyasi informasiya portalını təsis edib.
Ş.Mirzəyev səmərəli fəaliyyətinə görə dəfələrlə təltif olunub.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 04.11.2021-ci il tarixli qərarı ilə "Azərbaycan Vəkilliyinin 100 illiyi (1919-2019)" yubiley döş nişanı ilə təltif edilib.
Şəbnəm Mehdizadə