- 16:51
"Bu tədbir Azərbaycan dövlətinin qurucusu və banisi olan Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin vəkillərə göstərdiyi diqqət və qayğının nəticəsidir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının rəsmi açılış mərasimində deyib.
O, Gəncə Şəhər Prokurorluğunun tarixi binasının Vəkillər Kollegiyasına ayrılmasını yüksək qiymətləndirib: "Bir çox ölkələrdə tarixi binalar muzey kimi istifadə edilmir. Onlar müəyyən bir təşkilat və qurumların istifadəsinə verilir. Bu gün bu binaya nə qədər insan nəfəsi dəyir. Amma muzey olsaydı, burada 5-6 nəfər olacaqdı. Ona görə də binanın yaşaması və onun davamlı, möhkəm qalması üçün istifadə olunaraq tarixdə saxlanılması vacibdir".
İ.Kərimov həmin bina ilə bağlı xatirələrini bölüşüb: "Anar müəllim, (Vəkillər Kollegiyasının sədri Anar Bağırov - red.) siz deyəndə ki, Gəncə şəhərinə gedəcəyik, o gündən bəri çox nostalji hisslər keçirirəm. Çünki mən 1973-1974 -cü illərdə bu binada işləmişəm. Bu kabinetləri gəzəndə hər şey gözümün qarşısına gəlir. Binanın indiki vəziyyətini əvvəlki ilə müqayisə edirəm".
Humay Eminqızı