- 16:51
"Bu gün tam məsuliyyətlə deyə bilərik ki, Respublikamızın Qərb bölgəsində vətəndaşların lazımi səviyyədə hüquqi yardım alması üçün, konstitusiya hüquqlarının realizə edilməsi üçün bütün şərait təmin edilib"
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılışı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Gəncə şəhərində 3 vəkil bürosu, 69 vəkil fəaliyyət göstərir: "Burada vəkillərin sayı ilbəil artır. Gəncədə və ətraf ərazilərdə yaşayan insanlar hər zaman vəkillərə müraciət edə bilərlər. Vəkillər də tez- tez pulsuz hüquqi yardım aksiyaları keçirirlər. Hərkəs bundan bəhrələnə bilər".
Sədr, həmçinin qeyd edib ki, Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasında vəkillərin peşə hazırlığının artırılması da təmin ediləcək: "Vaxtaşırı Ədliyyə Akademiyası və Vəkillər Kollegiyasının Akademiyasının iştirakı ilə təlimlər keçiriləcək".
Humay Eminqızı