Anar Bağırov: "Cənab Prezidentin diqqət və qayğısını bütün vəkillər hiss edir"


  • 16:51

"Azərbaycanda vəkillərinn sayında artım müşahidə olunur. Belə ki, son illər ərzində vəkillərin sayı 800 nəfərdən 2600 nəfərədək yüksəlib. Vəkil bürolarının sayı isə 140-a yaxınlaşır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılışı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin bildirib ki, regional məhkəmələrin fəaliyyət göstərdiyi şəhərlərdə regional vəkil büroları yaradılır: "Bu maddi texniki bazanın yaradılmasında Cənab Prezidentin diqqət və qayğısı bütün vəkillər tərəfindən hiss olunur. Bu gün açılışı olan büronun yerləşdiyi bina da məhz dövlət başçısının tapşırığı ilə Vəkillər Kollegiyasına verilib. Belə ki, 2018-ci ildə cənab Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamda regional məhkəmələrin fəaliyyət göstərdiyi şəhərlərdə Vəkillər Kollegiyasına binanın ayrılması barədə tapşırıq verilmişdi".

Humay Eminqızı

Oxşar xəbərlər