- 15:52
Xəbər verdiyimiz kimi, "Konstitusiya və Suverenlik İli" çərçivəsində Vəkillər Kollegiyasının və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərdab rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib. Aksiya çərçivəsində Zərdab Rayon Heydər Əliyev Mərkəzində "Mirzəyev və Partnyorları" Vəkil Bürosunun təcrübəli vəkilləri tərəfindən rayon sakinləri hüquqi məsləhətlərlə təmin olunub.
Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova aksiya ilə bağlı fikirlərini e-huquq.az-la bölüşüb.
O, Zərdabda belə bir aksiyanın keçirilməsindən məmnunluğunu ifadə edib.
"Bu gün Vəkillər Kollegiyasının üzvlərini Zərdabi yurdunda, mərkəzimizdə qarşılamaqdan böyük məmnunluq duyduq. Vətəndaşlarla görüş çox səmimi şəraitdə keçdi və onlara hüquqi məsələlərlə bağlı faydalı tövsiyələr verildi. Qonaqlarımızın Zərdabdan xoş təəssüratlarla ayrılmasını arzulayırıq. Belə maarifləndirici tədbirlərin gələcəkdə də davamlı olaraq keçirilməsini istərdik", - deyə K.Rəhimova qeyd edib.
Humay Eminqızı