- 26 May 22:31
Mayın 24-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən “Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə "Birinci instansiya məhkəmə icraatı" mövzusunda əyani qaydada təlim təşkil edilib.
Bu barədə e-huquq.az-a Vəkilər Kollegiyasından məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və layihənin gənc hüquqşünaslar üçün praktiki əhəmiyyətindən danışıb.
Eyni zamanda “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb, gənc hüquqşünaslar jurnalda məqalələrlə çıxış etməyə dəvət edilib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun vəkili, "CSS Konsaltinq" şirkətinin rəhbəri Nuridə İbrahimova və Vəkillər Kollegiyasının üzvü, “Union” Vəkil Bürosunun vəkili, "CSS Konsaltinq" şirkətinin aparıcı hüquqşünası Səma Əhmədova məhkəməyəqədər edilməli olan hərəkətlər, aidiyyət məsələləri, iddia ərizəsinin hazırlanması və ona əlavə edilməli sübutlar, hazırlıq iclası, o cümlədən digər əlaqəli praktiki məsələlər barədə çıxış edib.
Sonda müvafiq mövzu üzrə gənc hüquqşünasları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 18 gənc hüquqşünas iştirak edib.