- 26 May 22:31
Azərbaycanda vəkil məhkəmə iclasında həmkarını hədələyib.
E-huquq.az xəbər verir ki, bu barədə xanım vəkil sosial media səhifəsində yazıb.
Vəkilin sözlərinə görə, həmkarı məhkəmə prosesi zamanı onu cəzalandırmaqla hədələyib.
"4 ildir ki, vəkil olaraq məhkəmə proseslərinə çıxıram. İndiyə kimi mülki, cinayət və sair digər xarakterli onlarla işlərdə iştirak etmişəm. Hər zaman həmkarlarıma qarşı hörmətlə, etik davranış çərçivəsində münasibət göstərmişəm. Heç bir vəkil həmkarım deyə bilməz ki, mən ona qarşı prosesdə və ya prosesdənkənar hörmətsizlik etmişəm və heç bir həmkarım məndən şikayət etməyib. Bir az əvvəl məhkəmə prosesində bir yaşlı kişi həmkarım işin hallarını müzakirə prosesində məni hədələməyə başladı. "Elə eləməyin ki, sizi cəzalandırım! Sizdən şikayət edəcəyəm" ifadələrini işlətdi", - deyə o qeyd edib.
Şəbnəm Mehdizadə