"Zəng edib "mənə dişli vəkil lazımdır" deyirlər"


  • 29 May 16:11

"Dəfələrlə olub ki, hüquqi yardım göstərilməsi ilə bağlı zəng edən şəxslər "mənə dişli vəkil lazımdır" deyir, "siz dişli vəkilsiniz?" sualını ünvanlayır və tam zəmanət istəyirlər".

E-huquq.az xəbər verir ki, bunu vəkil Tural Həsənli deyib.

Vəkil bu cür yanaşmalara qarşı olduğunu bildirib.

"Həyatda heç bir şeyin zəmanəti yoxdur. Heç kim də nəyəsə zəmanət ola bilməz, bu, mümkün deyil. Olsaydı, əks hallar olmazdı. Artıq o həddə gəlmişəm ki, bir də belə sual ünvanlayan olsa, həmin şəxsə dişlərimin şəklini çəkib göndərmək fikrindəyəm. Cəmiyyətdə hüquqi savadsızlığın olduğu zatən bəllidir. Demək istədiyim odur ki, təcrübəli və müvafiq sahədə ixtisaslaşmış peşə sahibi ola bilər. Başqa məfhumlar heç nəyə "yapışmır"", - deyə T.Həsənli qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər