- 3 İyun 18:01
Mayın 31-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “İqtisadi sferada cinayətlər” mövzusunda distant formada təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və təlim mövzusunun aktuallığını qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti, hüquq üzrə fəlsəfə doktoru Həbib Cəfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində iqtisadi cinayətlərin təsnifatı, mövcud sahədə hüquqi məsuliyyət, o cümlədən xarici ölkələrin praktikası və digər əlaqəli məsələlər barədə ətraflı çıxış edib.
Təlim interaktiv formada davam edib və sonda vəkillərin müvafiq sahədə müxtəlif sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə 59 vəkil iştirak edib.