- 13 İyun 14:35
Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcək.
E-huquq.az xəbər verir ki, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Pasportlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda təsdiq edilib.