Vəkillər Penitensiar müəssisələrdə növbəti pulsuz hüquqi yardım göstərdi - FOTO


  • 11:35

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində məhkum və həbs edilmiş şəxslər üçün pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Belə ki, iyunun 20-də Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində və Müalicə Müəssisəsində saxlanılan şəxslərə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən hüquqi yardım göstərilib.

Ümumilikdə 50-yə yaxın məhkuma müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər