- 24 İyun 17:45
"Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Kəmaləddin Qafarovun təşəbbüsü, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının dəstəyi ilə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında vətəndaşlar üçün növbəti pulsuz hüquqi yardım aksiyası təşkil edilib.
Vəkillər Kollegiyasından e-huquq.az-a verilən xəbərə görə, görüşdə 40-dan çox vətəndaşın müraciətinə baxılıb. Onlara şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub.
Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub