- 16:12
Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.
Onun sözlərinə görə, vəkilliyə qəbul imtahanlarında uğur qazanan daha 92 nəfər bu gün Kollegiyanın üzvlüyünə qəbul olunub.
"Namizədlərdən 60 nəfəri kişi, 32 nəfəri isə qadındır. Onlardan 20 nəfəri regionlarda, 72 nəfər isə paytaxtda fəaliyyət göstərəcək. Beləliklə, qadın vəkillərin sayı 580 nəfərə çataraq ümumi üzvlərin 21 faizini təşkil edəcək", - deyə sədr qeyd edib.
Şəbnəm Mehdizadə