Sədr: "Regionlarda vəkillərin sayı artırılmalıdır"


  • 10:34

"Regionlarda fəaliyyət göstərən vəkillərin sayı hələ də yetərincə deyil. Bu, təkcə vəkillik sahəsinə aid məsələ deyil, ümumilikdə regionlarda bir çox peşə sahiblərinin çatışmazlığı müşahidə olunur".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, hazırda regionlarda çalışan vəkillərin sayının artırılması istiqamətində işlər aparılır: "Yerlərdə vəkillərlə görüşlər təşkil olunur, onların problemləri dinlənilir və həll yolları axtarılır. Çünki bölgələrimizdə çox sayda insanın hüquqi yardıma ehtiyacı var. Bu yaxınlarda Gəncə şəhərində yeni Regional Vəkil Bürosu fəaliyyətə başlayıb. Bu büro müasir standartlara cavab verən bir kompleksdir və bölgədə hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. Vəkillik institutu ədalət mühakiməsində ən mühüm rol oynayan qurumlardan biridir və onun gücləndirilməsi ümumilikdə hüquqi dövlət quruculuğuna töhfə verir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər