- 16:12
"Son illərdə vəkillik instutunda ciddi islahatlar aparılıb. Bunun nəticəsi olaraq vəkillərin sayı 2700-ə çatıb".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Əli Hüseynli qeyd edib ki, bu gün hər bir hüquqşünasın arzusu vəkil olmaqdır: "Bu arzu məndə də olub. Amma bu gün vəkil olmaq asan deyil. Vəkilliyə qəbul imtahanı kifayət qədər çətindir".
Deputat, həmçinin vəkillik institutuna yüksək etimad olduğunu bildirib: "Vəkillik institutuna dəstək vermək bizim vəzifə borcumuzdur".
Şəbnəm Mehdizadə