- 16:12
"Azərbaycanda vəkillik institutu uğurla fəaliyyət göstərir. Hazırda ölkə üzrə vəkillərin sayı 2700 nəfəri ötüb. Lakin bu göstərici ilə region ölkələri arasında geri qalırıq".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Deputat müqayisə üçün bildirib ki, qonşu Gürcüstanda vəkillərin sayı 4037, Ermənistanda isə 1578 nəfərdir.
"Əhalinin hər 100.000 nəfərinə düşən vəkil sayına görə də geridə qalırıq. Avropa Şurası məkanında bu göstərici Azərbaycanda ən aşağı səviyyələrdədir. Ölkə daxilində, xüsusilə regionlarda vəkil sayının azlığı da ciddi problemdir. Əgər bir rayonda cəmi 1-2 vəkil fəaliyyət göstərirsə və ya ümumiyyətlə vəkil yoxdursa, həmin rayonda keyfiyyətli hüquqi xidmətin mövcudluğundan danışmaq mümkün deyil", - deyə Z.Oruc qeyd edib.
Şəbnəm Mehdizadə