- 15:35
“Kazusmedia” “YouTube” platformasında yayımlanan “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsinin növbəti buraxılışı efirdədir.
E-huquq.az xəbər verir ki, bu dəfə layihənin qonağı Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Araz Nurməmmədov olub.
Layihə qısa, dinamik və düşündürücü formatda hazırlanıb. Burada qonağa hüquqla bağlı aktual məsələlərdən şəxsi baxışlarına qədər müxtəlif mövzuları əhatə edən 7 əsas sual ünvanlanır. Hər suala 1 dəqiqəlik cavab limiti formatı daha yığcam və baxımlı edir.
Verilişdə vəkil Araz Nurməmmədov hüquqi fəaliyyətində qarşılaşdığı maraqlı hadisələrdən, vəkil peşəsinin çətinlik və məsuliyyətlərindən, eləcə də şəxsi motivasiyası və hüquqa münasibətindən danışıb.