Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov yeni seçilən deputat Bəhruz Məhərrəmovla görüşüb.
E-huquq.az xəbər verir ki, bu bardə A.Bağırovun özü sosial şəbəkədə məlumat yayıb.
“Azərbaycan vəkilliyinin tarixində Milli Məclisin deputatı seçilən ilk fəaliyyətdə olan vəkilimiz Bəhruz Məhərrəmovu bütün həmkarları adından bir daha təbrik etdim, vəkilliyin daha da gücləndirilməsi və nüfuzunun artırılması barədə maraqlı fikir mübadiləsi apardıq.
Çox sevindirici haldır ki, artıq parlamentdə vəkillik də öz nümayəndəsi ilə təmsil olunacaqdır.
Yeni görəviniz mübarək olsun, dəyərli millət vəkilimiz!”, – A.Bağırov bildirib.
Qeyd edək ki, VK-nın üzvü olmuş B.Məhərrəmov VI çağırış Milli Məclisə keçirilmiş seçkilərdə 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilib.
